İsveç millisinin sabiq üzvü Super Liqa klubunda
Türkiyənin “Gənclərbirliyi” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi isveçli müdafəçi Mattias Byarsmiri transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 33 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
İsveç millisinin sabiq üzvü son olaraq Türkiyənin “Sivasspor” klubunda çıxış edib. O, 2017-ci ildən formasını geyindiyi sözügedən komandanı bu yay tərk etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin