Kapitan azarkeşlərin qətlə yetirilməsindən danışdı
İsveç millisinin kapitanı Viktor Lindelöf AÇ-2024-ün seçmə mərhələsində Belçika yığması ilə oyundan əvvəl Brüsseldə iki azarkeşin qətlə yetirilməsi haqda danışıb.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, oyunun dayandırılmasının yeganə mümkün variant olduğunu bildirib:
“Oynamamağa razılaşdıq. Belçikalılar da bunun yeganə mümkün variant olduğunu hesab edirdilər. Ən əsası azarkeşlərin təhlükəsiz olmasıdır. Stadion onlar üçün ən təhlükəsiz yerdir”.
Oktyabrın 16-da Brüsseldə AÇ-2024-ün seçmə mərhələsinin Belçika – İsveç matçı öncəsi İsveç millisinin formasını geyinmiş iki azarkeş öldürülüb. UEFA təhlükəsizlik səbəbi ilə oyunu dayandırıb. Qarşılaşma dayandırıldıqdan sonra 35 minə yaxın insanın “King Baudouin” stadionunda təxliyə üçün dörd saat gözlədiyi bildirilib.
Bizi Facebook-da izləyin