İsveç millisinin baş məşqçisi bilindi

İsveç millisinin yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az İsveç Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, bu vəzifəyə Yon-Dal Tomasson təyin edilib. Onun müqaviləsi 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi başa çatana qədərdir. Milli uğur qazanacağı təqdirdə, müqavilə avtomatik olaraq daha iki il müddətinə uzadılacaq.

Yon-Dal Tomasson 2020-2021-ci illərdə İsveçin “Malmö” komandasını çalışdırıb. Danimarkalı mütəxəssisin rəhbərliyi altında komanda iki dəfə İsveç çempionu olub və Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib. 2022-ci ildən o, fevralın əvvəlinə kimi Çempionşipdən “Blekbern”in baş məşqçisi idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button