İsveç millisinin baş məşqçisi istefaya göndərildi

İsveç yığmasının baş məşqçisi Yon Dal Tomasson vəzifəsindən göndərilib.

Komanda.az xəbər verir ki, bu barədə İsveç Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Buna səbəb İsveç millisinin qeyri-qənaətbəxş nəticələri olub. DÇ-2026-nın seçmə mərhələsində B qrupunda yer alan komanda ötən gün Kosovo ilə matçda məğlub olub – 0:1.

İsveç yığması qrupda keçirdiyi 4 oyunda 1 xal toplayaraq sonuncu – 4-cü yerdə qərarlaşıb.

Xatırladaq ki, 49 yaşlı danimarkalı mütəxəssis 2024-cü ilin martından İsveç yığmasına rəhbərlik edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button