İsveç millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb

İsveç yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk iki turunda Azərbaycan və Estoniya milli komandalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Komanda.az xəbər verir ki, baş məşqçi Yon Dal Tomasson C liqasının I qrupu çərçivəsində sentyabrın 5-də Bakıda Azərbaycan, 8-də isə Solnada Estoniya komandasına qarşı keçiriləcək matçlara 24 futbolçu dəvət edib.

Müdafiəçilər: Viktor Johansson, Kristoffer Nordfeldt, Jakob Videll Zettenrström;

Müdafiəçilər: Ludvig Augustinsson, Aleks Duqlas, Qabriel Qudmundsson, İsak Hien, Emil Kraft, Ken Sema, Karl Starfelt, Linus Vahlgren Egnel;

Yarımmüdafiəçilər və hücumçular: Yasin Ayari, Lukas Bergvall, Jens Kajuste, Antoni Elanga, Niklas Eliasson, Viktor Qyokeres, Aleksandr İsak, Deyan Kuluşevski, Huqo Larsson, Sebastian Nanasi, Qustav Nilsson, Anton Satetros, Mattias Svanberg.

Azərbaycan – İsveç qarşılaşması sentyabrın 5-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button