İsveç millisində koronavirus şoku

Futbol üzrə İsveç millisinin yarımmüdafiəçisi Deyan Kuluşevskidə koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə İsveç Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə 21 yaşlı futbolçunun COVİD-19 testinin pozitiv çıxdığı və komandadan təcrid olunduğu diqqətə çatdırılıb. Belə ki, İsveç millisi AÇ-2020 öncəsi son hazırlıq üçün Göteborq şəhərinə yollansa da, Kuluşevski Stokholmda qalıb.

İtaliyanın “Yuventus” klubuna məxsus olan futbolçu millinin heyətindən kənarlaşdırılmayacaq. Məşqçilər korpusu yığmaya başqa futbolçu da dəvət etmək istəmir. Onlar gənc yarımmüdafiəçinin ən qısa zamanda sağalaraq kollektivə qoşulacaqlarına ümid edirlər. Amma Kuluşevskinin Avropa çempionatında yığmanın ən azı bir matçını buraxacağı dəqiqdir. İlk turda İsveç millisi Sevilyada İspaniya ilə üz-üzə gələcək. E qrupu çərçivəsində baş tutacaq bu qarşılaşma iyunun 14-də keçiriləcək. Bu komandanın növbəti oyunları iyunun 18-də Slovakiya və iyunun 23-də Polşa yığmalarına qarşı olacaq. Bu iki görüşə isə Sankt-Peterburq şəhəri ev sahibliyi edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button