AÇ-2020: “Növbəti mərhələyə yüksəlmək üçün vurduğum dörd qolu fəda edərdim”
İsveç milli komandasının futbolçusu Emil Forsberq AÇ-2020-nin 1/8 final mərhələsində Ukraynaya məğlub olduqları oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Forsberq, 1:2 hesabıyla uduzduqları oyunu belə şərh edib:
“Məncə, rəqibimizdən daha yaxşı oynadıq. Qol vurduqdan sonr iki topumuz də dirəkdən qayıtdı. Ən yaxşı nəticəyə layiq idik, ancaq uğurlu ola bilmədik.
Bir-birimizə təslim olmayacağımıza dair söz verdik. Son hücumda qol buraxmaq çox kədərlidir.
Növbəti mərhələyə yüksəlmək üçün vurduğum dörd qolu fəda edərdim. Hədəflərimiz daha irəli getmək idi. Çox məyusuq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin