“İsveç futbolu matəm içindədir”
İsveç Futbol Federasiyası dünən Brüsseldə həlak olan iki İsveç vətəndaşının yaxınlarına dəstək sözlərini bildirib.
Komanda.az xəbər verir ki, bu barədə federasiya sosial şəbəkə hesabında paylaşım edib:
“İsveç futbolu matəm içindədir. Dünən biz Brüsseldə olan iki azarkeşi faciəvi şəkildə itirdik. Fikirlərimiz qurbanların bütün yaxınlarına gedir. Brüsseldəki bütün azarkeşləri də düşünürük. Qorxduğunuzu və narahat olduğunuzu bilirik. Amma siz sakit qaldız və səsgücləndiricilərdən gələn göstərişlərə əməl etdiz. Bu amansız hücumun qurbanı olanları heç vaxt unutmayacağıq. Bir-birinizin qayğısına qalın”.
Oktyabrın 16-da Brüsseldə Avropa çempionatının seçmə mərhələsinin Belçika – İsveç matçı öncəsi iki isveçli azarkeş güllələnib. Birinci hissədən sonra oyun dayandırılıb və davam etdirilməyib.
Bizi Facebook-da izləyin