
İsveç – Azərbaycan matçının keçiriləcəyi stadionun dam örtüyü bağlanıb
İsveç və Azərbaycan milli komandaları arasında AÇ-2024-ün seçmə mərhələ oyununun keçiriləcəyi “Frends Arena”nın dam örtüyü bağlanıb.
Komanda.az İsveç mətbuatına istinadən xəbər ki, bunun səbəbi qarşılaşmanın keçiriləcəyi Solnada hava şəraitinin qeyri-sabit olmasıdır.
Havanın şaxtalı və qarlı olmasını nəzərə alan stadion rəhbərliyi Belçika millisi ilə görüşdə (0:3) olduğu kimi, bu dəfə də dam örtüyünün bağlanmasına qərar verib.
İsveç – Azərbaycan matçı saat 22:45-də başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin