“İstəyimiz yeni oyunçuları fərqli mövqelərdə sınamaq idi”
Türkiyədə təşkil olunan təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirən “Qəbələ” Moldovanın “Sukleya” klubu ilə görüşüb.
Komanda.az xəbər verir ki, “qırmızı-qaralar”ın 4:2 hesablı qələbəsi ilə başa çatan matçdan sonra baş məşqçi Elmar Baxşıyev qarşılaşma haqda fikirlərini klub saytına açıqlayıb:
“Boluda təşkil olunan təlim-məşq toplanışında ilk oyunumuzu keçirdik. Əsas istəyimiz yeni oyunçuları fərqli mövqelərdə sınamaq idi. Komandamızla Türkiyə hazırlığına qatılan gənc futbolçularımıza da oyun praktikası qazanmaq imkanı verməyi düşünürdük. Belə qarşılaşmalarda nəticə böyük önəm daşımır. Əsas odur ki, bu gün istədiklərimizi həyata keçirə bildik. Hazırlıq prosesinin indiki mərhələsində hər şeyin bir az çətin alındığını başa düşürük. Həm yeni oyunçular adaptasiya dövrü keçir, həm də klubumuzun yetirməsi olan gənclər əsas komandaya uyğunlaşır. Futbolçularımız oyundan-oyuna optimal formaya yaxınlaşacaq. Bu da sevindiricidir ki, komanda qarşıdakı görüşlərdə daha hazırlıqlı olacaq”.
Bizi Facebook-da izləyin