“İstərdim ki, “Neftçi” “Qalatasaray”a qalib gəlsin” – Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Neftçi”nin UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Qalatasaray”la keçirəcəyi oyunla bağlı fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, mütəxəssis, Bakı klubunun qalib gəlməsini arzuladığını bildirib:
“Neftçi”yə uğurlar arzulayıram. Belə klubların Azərbaycana gəlməsi futbolun inkişafına böyük təkandır. Türkiyənin top komandalarından birinin Bakıya gəlməsi futbolumuza böyük fayda verəcək. İstərdim ki, “Neftçi” “Qalatasaray”a qalib gəlsin. Türkiyə qardaş ölkədir, lakin idmanın prinsiplərindən biri odur ki, qalib gəlmək istəyirsən”.
“Neftçi” – “Qalatasaray” oyunu sentyabrın 17-də, Bakı Olimpiya Stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin