Kompani: “Komanda tamamilə sakitdir”

“Bayern”in baş məşqçisi Vensan Kompani Almaniya çempionatının 23-cü turunda Frankfurt “Ayntraxt”ı üzərində evdə qazandıqları qələbədən (4:0) sonra fikirlərini bölüşüb.

Komanda.az Münhen klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, belçikalı mütəxəssis komandanın tamamilə sakit olduğunu söyləyib:

“Komanda tamamilə sakitdir. İstənilən nəticəni əldə etmək indi bizim üçün vacibdir. Bu matçda planlaşdırdığımız hər şeyi etdik. İndi biz qələbə üçün çalışmalı olduğumuz növbəti matça keçə bilərik”.

Münhenlilər 58 xal toplayıb və Almaniya çempionatının turnir cədvəlinə başçılıq edirlər. Kompaninin komandası 2-ci pillədə qərarlaşan Leverkuzen “Bayer”ini 8 xal qabaqlayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button