“İstefa”ya görə polislər 26 nəfəri stadiondan apardı
Bakıdakı 8-ci km stadionunda AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Slovakiya oyununun ilk dəqiqələrindən arenaya toplaşan azarkeşlərin AFFA rəhbərliyini istefaya səslədiyini xəbər vermişdik.
Komanda.az xəbər verir ki, ikinci hissədən etibarən istefa şüarlarının sayı azalmağa başlayıb. Bu isə təsadüfi deyil. Belə ki, ilk yarıdan sonra arenaya çoxu mülki geyimdə olmaq şərti ilə xeyli polis gəlib. Onlar istefa şüarı səsləndirən azarkeşləri həbs edərək arenadan çıxarıblar.
Stadionda olan azarkeşlərdən birinin saytımıza verdiyi məlumata görə, polislər azı 26 nəfəri arenadan çıxararaq aparıblar. Onların Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinə aparıldığı bildirilir. Həbslər isə hələ də davam edir.
Milli komandamız hazırda 1:4 hesabıyla məğlub durumda olduğundan, gözləmək olardı ki, matçın sonlarına yaxın istefa şüarları daha da artsın. Amma məhz polis müdaxiləsi səbəbindən fərqli mənzərə müşahidə olunmaqdadı.
Bizi Facebook-da izləyin