Türkiyə millisinin baş məşqçisi ilə bağlı rəsmi açıqlama

Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Ştefan Kuntsla bağlı qərar verilib.

Komanda.az Türkiyə Futbol Federasiyasına (TFF) istinadən xəbər verir ki, almaniyalı məşqçi postunda qalacaq.

Bunu TFF-nin prezidenti Mehmet Büyükekşi açıqlayıb. O, mətbuatda yayılan məlumatların şayiə olduğunu, 61 yaşlı mütəxəssislə yollarına davam edəcəklərini deyib.

Türkiyə Futbol Federasiyasının baş məşqçini istefaya göndərdiyi barədə xəbərlər yayılmışdı.

Ştefan Kuntsun milli komanda ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button