“Fənərbaxça” İspaniya millisinin forvardını transfer etmək istəyir

İspaniya millisinin və “Atletiko”nun hücumçusu Alvaro Morata yay transfer pəncərəsində komandasını dəyişə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 31 yaşlı hücumçunun karyerasını Türkiyə çempionatında davam etdirmək variantı var.

“Fənərbaxça”nın yeni baş məşqçisi Joze Mourinyo ispaniyalı forvardla maraqlanır. Onun potensial transferi 15 milyon avro qiymətləndirilir.

Morata ötən mövsüm La Liqada 32 oyun keçirib, 15 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button