
“Fənərbaxça”da ciddi itki
“Fənərbaxça” klubunun yarımmüdafiəçisi Cengiz Ündər zədələnib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin 26 yaşlı vingeri Super Liqanın 5-ci turunun “Antalyaspor”la matçında (3:2) sıradan çıxıb.
Türkiyə millisinin üzvü üç həftə yaşıl meydanlardan uzaq qalacaq.
“Fənərbaxça” Cengizi mövsümün əvvəlində “Marsel”dən transfer edib. O, komandanın heyətində meydana çıxdığı 4 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin