İstanbul klubu “sükan”ı Arveladzeyə tapşırdı

Türkiyənin “Kasımpaşa” klubunun yeni baş məşqçisinin adı məlum olub.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisini Şota Arveladze çalışdıracaq. Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Gürcüstanlı mütəxəssislə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Arveladzenin son iş yeri “Fatih Karagümrük” olub. “Kasımpaşa” isə Burak Yılmazla yollarını ayırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button