
İstanbul derbisi qolsuz bitdi
Türkiyə Super Liqasında 25-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, son gündə bir oyun baş tutub.
Lider “Qalatasaray”la əsas izləyicisi “Fənərbaxça” arasında keçirilmiş İstanbul derbisində qapılara qol vurulmayıb.
Hazırda 64 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 58, “Samsunspor” 46, “Beşiktaş” 41, “Eyüpspor” 40, “Göztəpə” 35, “Başakşəhər” 33, “Trabzonspor” 32, “Kasımpaşa” və “Alanyaspor” 31 xal toplayıb.
Türkiyə Super Liqası
25-ci tur
21 fevral
Bodrumspor – Hatayspor 1:0
Qollar: Puşkaş, 41.
Eyüpspor – Beşiktaş 1:3
Qollar: T.Bingöl, 1 – Rafa Silva, 18. Raşiça, 45+2. S.Kılıçsoy, 60.
22 fevral
Sivasspor – Konyaspor 1:1
Qollar: E.Başsan, 8 – Y.Erdoğan, 13.
Antalyaspor – Kasımpaşa 2:1
Qollar: S.Dikmen, 10. Samudio, 42 – Hayradinoviç, 90+5-pen.
Samsunspor – Rizəspor 2:3
Qollar: S.Akaydın, 23-öz qapısına. E.Kılınc, 41 – L.Satka, 52-öz qapısına. Sou, 86. Zeqiri, 88.
23 fevral
Kayserispor – Göztəpə 1:0
Qol: Nazon, 44.
Alanyaspor – Adana Dəmirspor 3:2
Qollar: A.Kurtulan, 63-öz qapısına. Haderqyonay, 68-pen. Y.Özdemir, 90 – Y.Barasi, 33; 37.
Trabzonspor – Qaziantep 3:2
Qollar: Banza, 45+2; 58. Vişça, 45+6 – S.Gülər, 77. Maksim, 85-pen.
24 fevral
Qalatasaray – Fənərbaxça 0:0
Bizi Facebook-da izləyin