“Son ay yarımda Uilyams üçün çox çətin oldu” – İspaniyalı qapıçı

“Atletik”in qapıçısı Unay Simon bu yay “Barselona”ya keçəcəyi gündəm olan komanda yoldaşı Niko Uilyamsla bağlı vəziyyətdən danışıb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, ispaniyalı qolkiper, Uilyamsın nə qərar verməsindən asılı olmayaraq onu dəstəkləyəcəklərini bildirib:

“Son ay yarımda Uilyams üçün çox çətin oldu. Özünün xəbəri olmadığı şeyləri günlərlə oxuya bilirdi. Niko nə qərar verirsə versin, biz onu dəstəkləyəcəyik”.

Uilyamsın müqaviləsində 58 milyon avro təzminat məbləği nəzərdə tutulub.

21 yaşlı vinger 6 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə İspaniya yığmasının Avropa çempionatını qazanmasına kömək edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button