“Bu, son deyil” – “Sevilya”nın baş məşqçisi
“Sevilya”nın baş məşqçisi Dieqo Alonso Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun matçında “Arsenal”a məğlubiyyət (1:2) haqda danışıb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi oyunu belə şərh edib:
“Düşünürəm ki, ilk qol komandanın dərhal özünə gələ bilmədiyi zərbə oldu, xüsusən də, ikinci hissənin əvvəlində. Buraxdığımız ikinci qoldan sonra daha yaxşı oynamağa başladıq. Komandanın iddiaları ilə bağlı heç bir sual yoxdur. Rəqibin 15 zərbəsinə qarşı 12 zərbəmiz olduğunu görəndə hesab edirəm ki, onların cərimə meydançası qarşısında dəqiqliyimiz çatışmırdı. Futbolçularım bu gün meydanda bütün güclərini verdilər. İstədiyimiz nəticəni əldə edə bilmədik. Lakin bu, son deyil: qarşıda üç oyun var və bizim 1/8 finala çıxmaq arzumuz var”.
“Arsenal” B qrupunda turnir cədvəlinə 6 xalla başçılıq edir. “Sevilya” 3-cü yerdədir (2 xal).
Bizi Facebook-da izləyin