Sabiq futbolçu azarkeşlərə səsləndi: “Kroos” deməyi dayandırın”

“Real”ın sabiq yarımmüdafiəçisi Toni Kroos Madrid klubunun azarkeşlərinə müraciət edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı sabiq futbolçu, komandanın son mövsümdə olan problemlərini onun 2023/2024 mövsümünün sonunda klubdan ayrılması ilə əlaqələndirməmələrini istəyib:

“Karyeramı bitirdikdən sonra “Real” azarkeşi oldum. 10 il klubda oynadıqdan sonra bu normal haldır. Mən də komandanın digər azarkeşləri kimi, keçən mövsümün asan olmadığını gördüm. İnsanlar dedilər: “Aaa, Toni Kroos getdi!” İstədiyim odur ki, “Real” yaxşı iş görsün və azarkeşlər “Kroos” deməyi dayandırsınlar”.

“Real” 2024/25 mövsümündə İspaniyada daxili turnirlərin heç birində uğur qazana bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button