“İnter” onu öz rəmzinə çevirmək istəyir

“İnter”in baş direktoru Cüzeppe Marotta slovakiyalı mərkəz müdafiəçisi Milan Skriniarın müqaviləsi ilə bağlı vəziyyəti şərh edib.

Komanda.az “Sky Sport İtalia”-ya istinadən xəbər verir ki, klub rəsmisi Skriniarın yeni müqaviləyə layiq olduğunu deyib:

“Milan Skriniar yeni müqaviləyə layiqdir. Biz ümid edirik ki, ən qısa zamanda yeni müqavilə ilə bağlı razılıq əldə edəcəyik. Mən nikbinəm. İstəyirik ki, o, indi və gələcəkdə “İnter”in rəmzi olsun”.

27 yaşlı Skriniarın Milan klubu ilə hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. Daha əvvəl müdafiəçi ilə PSJ və “Barselona”nın maraqlandığı bildirilirdi.

Skriniar İtaliya A Seriyasının və Çempionlar Liqasının cari mövsümündə 16 matçda iştirak edib və qol vurmayıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button