“İstənilən medal qələbə deməkdir” – İlham Zəkiyev
“6-cı Paralimpiya Oyunlarımdır. Bir az hazırlığımdan razı deyildim”.
Komanda.az xəbər verir ki, bunu Paris-2024 Paralimpiya Oyunlarının bürünc medallnı qazanan paracüdoçumuz İlham Zəkiyev (J1, +90 kq) deyib.
O, bildirib ki, qələbəni Azərbaycan xalqına həsr edir: “Zədələr ucbatından hazırlığım istədiyim səviyyədə keçməmişdi. Bununla belə bürünc medal qismət oldu. Paralimpiadada istənilən medal qələbə deməkdir. Çox sevinirəm, bu medalda çox insanın əziyyəti, zəhməti var – məşqçilər, məşq yoldaşları, ailə, komitə, federasiya. Hamısına təşəkkürümü bildirirəm. Çox şükür Allaha bu qələbəni bizə yaşatdı. Yaşasın, Azərbaycan! Bu qələbəmi Azərbaycan xalqına həsr edirəm. Nəhayət, biz sərhədləri tam bərpa olunmuş Azərbaycanın adından çıxış edirik. Üçrəngli bayrağımızı çalışacağıq həmişə zirvələrdə saxlayaq”.
Zəkiyev 5-ci dəfə Paralimpiya Oyunlarında fəxri kürsüdə yer alıb. O, Afina-2004 və Pekin-2008 Paralimpiadalarında qızıl, London-2012 və Tokio-2020-də isə bürünc medala sahib çıxıb.
Bizi Facebook-da izləyin