“İstədiyimiz müdafiəni qura bilmədik” – “Şəki”nin baş məşqçisi

“İstədiyimiz müdafiəni qura bilmədik”.

Komanda.az xəbər verir ki, bunu “Şəki”nin baş məşqçisi Bedri Meriç deyib.

O, səfərdə “Gəncə”yə uduzduqları (71:94) Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin ikinci oyunu ilə bağlı fikirlərini bölüşüb:

“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Evdə oynamağın üstünlüyündən yaxşı yararlandılar. Oyunçularımız yorğun idi, ehtiyat heyətimiz də kasaddır. Əsas basketbolçularımız da istədiyimiz performansı nümayiş etdirə bilmədilər. “Gəncə” 60-70 faiz 3 xallıq atışlardan istifadə etdi. Biz son vaxtlar 3 xallıq atışlarda problem yaşayırıq. Bunu son oyunda düzəltməyə çalışacağıq”.

İlk qarşılaşmada “Şəki”nin qalib gəldiyi (85:84) növbəti raunda yüksələn komanda üçüncü görüşdə bəlli olacaq. Cütün qalibi yarımfinalda “Sabah” – “Sərhədçi” duelinin güclüsü ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button