Kuman məşqçi karyerasını bitirdi
İsrailin “Beytar” komandasının baş məşqçisi Ervin Kuman vəzifəsindən ayrılıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 60 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Klubun mətbuat xidmətinə danışan Kuman artıq məşqçi karyerasını bitirdiyini söyləyib. O, şəxsi məsələlərə görə belə qərar verdiyini bildirib.
Kuman daha əvvəl Niderlandda “Feyenoord”, “Valveyk”, “Eyndhoven” klublarında, Macarıstan və Oman milli komandalarında baş məşqçilik edib.
Ervin Kuman “Barselona”nın sabiq baş məşqçisi Ronald Kumanın qardaşıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin