“Qarabağ”ın qorxulu komanda olmadığını gördük”
İsrailin “Aşdod” komandasının futbolçusu Yoav Jarafi Konfrans Liqasının 2-ci mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, 27 yaşlı qapıçı, 0:0 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Uzun müddətdən sonra ilk rəsmi oyunumuza çıxdıq. Nəticə yaxşı oldu. Çətin matç oldu, oyunumuzu inkişaf etdirməliyik. Yaxşı nəticə əldə etdik və cütün taleyi evimizdə məlum olacaq.
Futbolçularımız hələ tam hazır deyil. Lakin ilk oyundan yaxşı nəticə ilə ayrıldıq. Təbii ki, özümüzə inanırıq. “Qarabağ”ın qorxulu komanda olmadığını gördük. Yüksək keyfiyyətli oyunçuları olsa da, yaxşı nəticə əldə edə bilərik”.
İsraildə keçiriləcək “Aşdod” – “Qarabağ” matçı iyulun 29-da olacaq.
Bizi Facebook-da izləyin