Kakayla şəkil çəkdirmək üçün oyunu saxladı – video
İsrail və Braziliya futbolunun əfsanələri arasında keçirilən xeyriyyə matçında (2:4) maraqlı hadisə yaşanıb.
Komanda.az xəbər verir ki, qarşılaşmanın 51-ci dəqiqəsində qadın baş hakim matçı dayandıraraq, braziliyalı Kakaya sarı vərəqə göstərib. Futbolçular tərəfindən təəccüblə qarşılanan bu hərəkətdən sonra referi telefonunu çıxararaq, sabiq “Milan”lı ilə “selfi” edib.
Braziliyanın əfsanələrinin qollarını Bebeto, Ronaldinyo, Kaka və Marsio Amorozo vurub, İsraildə isə Ronen Harasi və Yaniv Katan fərqlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin