İsrail futbolunun əfsanəsi vəfat edib

İsrail tarixinin ən titullu futbol məşqçisi Dror Kaştan vəfat edib.

Komanda.az xəbər verir ki, millinin sabiq baş məşqçisi 79 yaşında vəfat edib.

Kaştanın futbolçu karyerası uğursuz alınıb. O, ümumilikdə 140 rəsmi görüşdə iştirak edib. İsrail millisində də 3 oyun keçirən əfsanəvi çalışdırıcı baş məşqçi kimi 6 dəfə ölkə çempionluğunu, eyni sayda isə kubokunu qazanıb.

Dror Kaştan 2006-2010-cu illərdə İsrail millisinə rəhbərlik edib. Onun son komandası 2012/2013 mövsümündə yerli “Bney Yehuda” olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button