İsrafilovun komandası mövsümü məğlubiyyətlə bitirdi
Futbol üzrə İspaniya Sequndasında 2018/19 mövsümünə yekun vurulub.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da sonuncu matçına çıxıb.
Sözügedən kollektiv 42-ci tur çərçivəsində səfərdə “Qranada” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 1:2.
İsrafilov bu görüşün iştirakçısı olmayıb. Buna səbəb hazırda onun zədədən əziyyət çəkməsidi.
“Alkorkon” mövsümü 52 xalla 22 iştirakçı arasında 14-cü pillədə başa vurub. İsrafilov isə geridə qalan mövsümdə 29 oyuna çıxıb, 1 qol vurub, 16 (!) dəfə sarı vərəqə ilə cəzalanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin