İsrafilovlu “Alkorkon”dan “Tenerife” ilə heç-heçə

Futbol üzrə İspaniya Sequndasında 29-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Tenerife” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan heç-heçə ilə ayrılıb – 1:1.

İsrafilov da bu görüşün iştirakçısı olub. O, 72-ci dəqiqədə meydana buraxılıb. Millimizin üzvü 85-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Hazırda 43 xala malik “Alkorkon” 22 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button