İsrafilovlu “Alkorkon”dan növbəti xal itkisi
Futbol üzrə İspaniya Sequndasında 21-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Almeriya” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan heç-heçə ilə ayrılıb – 0:0.
İsrafilov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Millimizin sabiq üzvü 81-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Hazırda 35 xala malik “Alkorkon” 22 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin