İsrafilovlu “Alkorkon” yenə uduzdu
Futbol üzrə İspaniya Sequndasında 26-cı turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Real Ovyedo” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 0:1.
İsrafilov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 84-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Hazırda 38 xala malik “Alkorkon” 22 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin