İsrafilovlu “Albasete” yenə xalsız qaldı

Futbol üzrə İspaniya 2-ci liqasında 3-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Fuenlabrada” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib.

3 turdan sonra hesabında xal olmayan “Albasete” 22 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button