İsrafilovlu “Albasete” səfərdən xalsız döndü
Futbol üzrə İspaniya 2-ci liqasında 29-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Tenerife” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib. Millimizin üzvü 31-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Albasete” 29 oyuna topladığı 26 xalla 22 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin