
İsrafilovlu “Albasete” İspaniya kubokunda mübarizəni dayandırdı
Futbol üzrə İspaniya kubokunda 1/64 final mərhələsinin oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Kordoba” ilə qarşılaşıb. 0:1 hesabıyla məğlub olan “Albasete” kubokda mübarizəni dayandırıb.
Eddi də bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib. Millimizin üzvü 35-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin