İsrafilovlu “Albasete” evdə xal itirdi

Futbol üzrə İspaniya 2-ci liqasında 19-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda “Ekstremadura” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 33-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Albasete” hazırda 27 xalla 22 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button