İsrafilovlu “Albasete” doğma meydanda xal itirdi
Futbol üzrə İspaniya 2-ci liqasında 9-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Las Palmas” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Eddi 90+8-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Albasete” 9 turdan sonra 9 xalla 22 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin