İsrafilov üçün 51 dəqiqə və 3 xal

Futbol üzrə İspaniya 2-ci liqasında 33-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Ekstremadura” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 51-ci dəqiqədə əvəzlənib. Millimizin üzvü 28-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Albasete” hazırda 38 xalla 22 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button