
İsrafilov üçün 12 dəqiqə və 1 xal
Futbol üzrə İspaniya 2-ci liqasında 16-cı turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Xixon”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
İsrafilov da bu oyunun iştirakçısı olub. O, 78-ci dəqiqədə meydana buraxılıb.
“Albasete” 16 oyuna topladığı 11 xalla 22 iştirakçı arasında 21-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin