İsrafilov oynadı, “Alkorkon” uduzdu
Futbol üzrə İspaniya Sequndasında 33-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Albasete” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 0:1.
İsrafilov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Hazırda 44 xala malik “Alkorkon” 22 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin