
İsrafilov dünya çempionu oldu
Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Komanda.az xəbər verir ki, paralimpiya çempionu 100 metr məsafəyə brass növündə 1:07.08 saniyə nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İsrafilov bununla da Paris-2024 17-ci Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin