İsrafilov 90 dəqiqə oynadı, “Alkorkon”…
Futbol üzrə İspaniya Sequndasında 29-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Raya Maxadahonda” ilə üz-üzə gəlib. Millimizin sabiq üzvünün komandası bu qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 0:2.
İsrafilov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Hazırda 42 xala malik “Alkorkon” 22 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin