
Kuman İspaniya millisini avtobusa bənzətdi
Niderland millisinin baş məşqçisi Ronald Kuman UEFA Millətlər Liqasının 1/4 finalında İspaniya yığması ilə keçiriləcək oyun haqda danışıb.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, rəqibin yaxşı futbol oynadığını söyləyib:
“İspanlar topla mükəmməl oynayırlar və əla yarımmüdafiəçilərə malikdirlər. Komanda cinahlarda Lamin Yamal və Niko Uilyamsla çox sürətli oynamağa qadirdir. Bəzən onları dayandırmaq üçün “avtobus”u dayandırmaq lazımdır, baxmayaraq ki, bunu etmək istəmirsən. Mən onlarla mübarizədə topla oynamaq və öndə təzyiq göstərmək istəyirəm”.
Oyun bu gün keçiriləcək.
UEFA Millətlər Liqasının hazırkı qalibi İspaniya millisidir. Son püşkatmanın finalında ispanlar Xorvatiya yığmasına qalib gəlib (0:0, 5:4 penaltilər).
Bizi Facebook-da izləyin