İspanlar Rusiya Premyer Liqasının oyunlarından imtina etdi
Futbol üzrə Rusiya Premyer Liqasının oyunları artıq İspaniyada yayımlanmayacaq.
Komanda.az xəbər verir ki, bu barədə “La Liga Sports” TV-nin mətbuat xidməti məlumat yayıb. Telekanaldan artıq Rusiya çempionatının oyunlarının yayımlanmayacağını bildirilib.
Bundan əvvəl İngiltərə Premyer Liqasının, Fransa Liqa 1-inin, Portuqaliya və Şotlandiya çempionatlarının oyunlarının Rusiyada yayımlanmayacağı açıqlanıb.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin