İspanlar Mahiri istəyən klubların adını açıqladılar
Futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ”ın hücumçusu Mahir Emrelinin İspaniya klublarının maraq dairəsinə düşdüyünü xəbər vermişdik.
Komanda.az xəbər verir ki, artıq azərbaycanlı futbolçu ilə hansı klubların maraqlandığı da müəyyənləşib.
İspaniyanın AS nəşrinin yazdığına görə, millimizin hücumçusu ilə Sequnda təmsilçiləri – “Malaqa” və “Ekstremadura” yaxından maraqlanır.
22 yaşlı hücumçunun 2 il əvvəl “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində “Atletiko” ilə oyunları (0:0, 1:1) zamanı sözügedən klubların diqqətini cəlb etdiyi qeyd olunur.
Eyni zamanda, Mahirin “Bakı”da çıxış etdiyi zaman “Atletiko”nun düşərgəsində olduğu da xatırlanıb.
Xəbərdə ötən mövsüm Azərbaycan Premyer Liqasının bombardiri olan Mahirin statistikasından bəhs olunub və bildirilib ki, gənc hücumçu Sequndada özünü ispan futboluna tanıda bilər.
Bizi Facebook-da izləyin