“Xetafe” keçmiş baş məşqçisini geri qaytadı – rəsmi
İspaniyanın “Xetafe” klubunda yeni baş məşqçi təyinatı gerçəkləşib.
Komanda.az xəbər verir ki, La Liqa təmsilçisinin “sükan”ı Migel Qonsalesə (Miçel) tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 57 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb.
Miçel 2009-2011-ci illər aralığında da “Xetafe”ni çalışdırıb.
İspan mütəxəssis son olaraq Meksikanın “UNAM Pumas” komandasında baş məşqçilik edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin