Son 25 ilin ən pis göstəricisi
İspaniyanın “Xetafe” klubu La Liqada yeni antirekorda imza atıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “Xetafe” ilk 7 turdan sonra xal qazana bilməyib. Bu, La Liqada son 25 ilin ən pis göstəricisidir.
“Xetafe” bu mövsüm “Sevilya”ya, “Valensiya”ya, “Elçe”yə, “Barselona”ya, “Rayo Valyekano”ya, “Atletiko”ya və “Betis”ə uduzub. Komanda 7 oyunda cəmi 2 qol vurub, qapısında isə 12 top görüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin