“Barselona” futbolçusunu La Liqa klubuna satdı – rəsmi
İspaniyanın “Xetafe” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi “Barselona”dan Karles Alenyanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
“Barselona”nın yetirməsi olan Alenya ötən mövsümü icarə əsasında “Xetafe”də keçirmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin