Daha iki il La Liqada
İspaniyanın “Xetafe” klubu baş məşqçisi Pepe Bordalasın müqaviləsinin müddətini artırıb.
Komanda.az xəbər verir ki, ispan mütəxəssislə müddəti 2022-ci ilə qədər olan sözləşmə imzlanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bordalas, 2016-cı ildən “Xetafe”ni çalışdırır. Onun rəhbərlik etdiyi kollektiv geridə qalan mövsümdə La Liqanı 59 xalla 5-ci sırada bitirərək, Avropa Liqasına vəsiqə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin