“Nələrə qadir olduğumuzu göstərəcəyik” – Emeri

İspaniyanın “Vilyarreal” komandasının baş məşqçisi Unay Emeri UEFA superkubokunda “Çelsi”yə (İngiltərə) qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispan mütəxəssis, tarix yazmaq istədiklərini deyib:

“UEFA superkubokunu qazanmaq istəyirəm. Daha əvvəl bu titulu qazanmamışam. 2014 və 2015-ci ildə “Sevilya” ilə superkubok matçına çıxmışam və hər ikisində uduzmuşam. Bu dəfə qazanmaq möhtəşəm olardı.

Yeni mövsümə inanılmaz uğurla başlaya, tarix yaza bilərik. Avropa çempionu olan “Çelsi” kimi bir komanda qarşısında nələrə qadir olduğumuzu göstərəcəyik. “Çelsi” dünyanın ən yaxşı komandalarından biridir”.

“Çelsi” – “Vilyarreal” matçı bu gün, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button